Müsabiqə ”İKT üzrə ən yaxşı kitab“, ”İKT üzrə ən yaxşı elmi məqalə”, ”Ən yaxşı elektron xidmət“ nominasiyaları üzrə keçirilir.
Müsabiqədə iştirak etmək üçün iştirakçılar www.aztelekom.org saytında qeydiyyatdan keçməli və nominasiyalar üzrə işləri təqdim etməlidirlər. Materiallar münsiflər heyətinə (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İnformasiya cəmiyyətinin inkişafı“ şöbəsinə) eyni zamanda kağız formatında təqdim olunmalıdır.
Qaliblərin müəyyən edilməsi 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə nominantlara www.aztelekom.org saytından onlayn səsvermə həyata keçirilir. İkinci mərhələdə isə nominantlar arasından qaliblər yalnız münsiflər heyəti tərəfindən onlayn səsvermə ilə müəyyən edilir.
İşlərin təqdim edilməsi 24.10.2011-ci il tarixdən 24.11.2011-ci il tarixinədək aparılacaq.
Birinci mərhələ üzrə onlayn səsvermə 28 noyabr tarixinə kimi davam edəcək.
Nominasiyalar üzrə qaliblər noyabrın 31-də müəyyən olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin gedişatı haqqında ətraflı məlumatlar www.aztelekom.org saytında yerləşdirilib.







