Görülmüş işlər

SORĞU

İxtisas və müvafiq ali təhsil müəssisəsi seçimində hansı amil sizin üçün daha vacibdir?





Nəticələr

Təqdimat

Cümə axşamı, 09 Avqust 2012 12:33

“Ailə TV”-dən tələbə gənclər üçün yeni iş imkanları

“Ailə TV”-dən tələbə gənclər üçün yeni iş imkanları

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişaf edən şirkətlərdən biri olan “Ailə TV” texniki istiqamətli ali təhsil müəssisələrində təhsil alan tələbə gəncləri işə dəvət edir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Ailə TV” Şirkətlər Qrupunun mətbuat katibi Əlimərdan Sultanov məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar, şirkət “Tələbələr üçün yeni iş fürsəti” adlı aksiyaya start verib: “Qeyd edək ki, “Tələbələr üçün yeni iş fürsəti” aksiyası “Ailə TV” şəbəkəsinə daxil olan “Ailə TV” Kabel Operator Televiziyası, “Ailə NET” internet provayderi, “A-Media” reklam agentliyi və “Caspian Telecom” şirkətlərində Azərbaycanın texniki istiqamətli ali təhsil müəssisələrində təhsil alan tələbələrin informasiya texnologiyaları sahəsində açılan yeni iş yerlərinə cəlb edilməsi və onların daimi iş yerləri ilə təmin olunmasını nəzərdə tutur”.

Ə.Sultanov qeyd edib ki, aksiya informasiya texnologiyaları sahəsində iş axtaran tələbələr üçün əlverişli imkandır: “Aksiya tələbə gənclərin İKT sahəsində təcrübələrinin artırılması, onların karyera imkanlarının inkişafı, İKT sahəsində tətbiq olunan son yenilikləri tətbiq etmələri və daimi iş yerini əldə etmələri baxımından əlverişli fürsətdir. Bu təklif tələbələr qarşısında yeni imkanlar açır.

Azərbaycanda yeni iş yerlərinin açılmasının prioritet istiqamət, eləcə də İKT sahəsinin ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri olmasını və “Ailə TV” şəbəkəsinə daxil olan şirkətlərin də məhz bu sahə üzrə fəaliyyət göstərməsini əsas götürərək, aksiya ölkəmizdə universiteti bitirmiş, eyni zamanda universitetdə oxuyan tələbələrin - ixtisaslı kadrların daimi işlə təmin edilməsinə və telekommunikasiya sahəsində ən son yeniliklərlə tanış olmalarına imkan yaradır. Həyata keçirilən aksiya tələbə gənclərin İKT sahəsində işlə təmin edilməsi və öz yeni ideyalarını reallaşdırması baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, maraqlanan şəxslər (012) 490 23 33 telefon nömrəsi ilə əlaqə saxlaya və ya öz müraciətlərini “ Hazırki elektron poçt ünvanı spam botlardan qorunur. Ona baxmaq üçün Javascripti aktiv etməlisiniz. ” elektron ünvanına göndərə bilərlər.