Ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinə start verilir
Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd
qəbulu prosesinə 24 iyul 2025-ci il tarixindən etibarən start veriləcəkdir. Müraciətçilər
https://portal.edu.az/ portalında qeydiyyatdan keçərək “Ali və orta
ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət
edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul
məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi
mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna
aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil
haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Qeyd etmək lazımdır ki, müraciətlərin
elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən
qeydiyyat etməklə yanaşı, təhsil haqqının bank, poçt, eManat terminallarına
yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nəğdsiz ödəniş üçün tələbələr plastik
kartla bankların mobil tətbiqləri və portal.edu.az vasitələrindən birini seçə
bilər. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad olunmaq və təhsil
haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan
verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdən
əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat
faydalana biləcəklər.
Məlumat üçün bildiririk ki, elektron sistem üzrə
qeydiyyat 1 avqust 2025-ci il saat 18:00-da yekunlaşacaqdır.