“Rəqəmsal Akademiya” proqramının strateji sessiyası uğurla başa çatıb

04.07.2025

“Rəqəmsal Akademiya” proqramının strateji sessiyası uğurla başa çatıb

04.07.2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı və Almaniyanın “Hertie School” Dövlət İdarəçiliyi Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal Akademiya” proqramı yekunlaşıb. 30 iyun - 1 iyul tarixlərində layihənin bağlanış tədbiri baş tutmuşdur. İnnovasiya üzrə  rəhbər şəxslər üçün nəzərdə tutulan tədbirin əsas məqsədi 2024-cü ilin dekabr ayından etibarən müxtəlif ölkələrdə keçirilən innovasiya ekosistemi ilə tanışlıq görüşlərinin nəticələrini müzakirə etmək olmuşdur.

Tədbirdə Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov iştirak etmişdir.

Sessiya çərçivəsində rəqəmsal idarəetmə və innovasiya üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə Almaniya Federativ Respublikasına, Səudiyyə Ərəbistanı Krallığında və Sinqapur Respublikasına təşkil olunmuş səfərlər zamanı iştirakçılar həmin ölkələrin rəqəmsallaşma strategiyaları, rəqəmsal idarəetmə modelləri və dövlət-özəl sektor əməkdaşlığı təcrübələrini bölüşdülər.

Proqramın eksperti Gerhard Hammerşmit və texnologiya siyasəti üzrə mütəxəssis Məhəmməd Sear tərəfindən moderasiya olunan sessiyalarda iştirakçılar əldə etdikləri təcrübələri təqdimatlarla paylaşaraq, rəqəmsal idarəetmədə tətbiq oluna biləcək modellər üzərində təhlillər aparıblar.  

Açılış tədbirində   Vüsal Xanlarov  çıxış edərək  Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə baş tutan səfəri barədə məlumatı paylaşmışdır. Səfər çərçivəsində o, son illər bu ölkədə həyata keçirilən rəqəmsal hökumət islahatları, süni intellekt texnologiyalarının tətbiqi, data idarəçiliyi və innovasiya sahəsində əldə olunmuş nailiyyətlərlə yerində tanış olduğunu bildirmişdir. Vüsal Xanlarov qeyd etmişdir ki,  səfər zamanı Səudiyyə Ərəbistanında məlumatların idarə olunması sahəsində tətbiq edilən milli strategiyanın effektivliyi və onun dövlət idarəçiliyinə təsiri ilə bağlı praktiki nəticələr təhlil edilmiş, həmçinin bu sahədə əldə edilən uğurlar əyani şəkildə təqdim olunmuş və strategiyanın tətbiq mexanizmləri ətraflı müzakirə edilmişdir.  

Qeyd edək ki, “Rəqəmsal Akademiya” proqramının strateji sessiyası dövlət strukturlarında rəqəmsal liderliyin və strateji düşüncə bacarıqlarının inkişafına xidmət edir. Proqram çərçivəsində Azərbaycan Respublikasının milli rəqəmsallaşma gündəliyinə uyğun olaraq, təhsil də daxil olmaqla müxtəlif sektorlarda innovativ yanaşmaların formalaşdırılması, rəqəmsal layihələrin effektiv idarə olunması və rəqabətqabiliyyətli rəqəmsal ekosistemin yaradılması məqsədilə müzakirə və təhlillər aparılıb.

“Rəqəmsal Akademiya” proqramının strateji sessiyası uğurla başa çatıb
“Rəqəmsal Akademiya” proqramının strateji sessiyası uğurla başa çatıb
“Rəqəmsal Akademiya” proqramının strateji sessiyası uğurla başa çatıb