Baku ID festivalında "Rəqəmsal Məktəb" platforması təqdim edildi

21.06.2025

Baku ID festivalında "Rəqəmsal Məktəb" platforması təqdim edildi

21.06.2025

           19–20 iyun 2025-ci il tarixlərində paytaxtda keçirilən innovasiya və texnologiya yönümlü “Baku ID Festivalı” çərçivəsində Elm və Təhsil Nazirliyinin “Rəqəmsal Məktəb” platforması təqdim edimişdir.

           Rəqəmsal Məktəb" platforması təhsil sahəsində fəaliyyət göstərən startaplar üçün açıq, çevik və innovativ həllərin tətbiqinə imkan yaradan texnoloji infrastruktur təqdim edir. Platforma üzərindən təhsildə rəqəmsal həllərin tətbiqi, yeni funksional inteqrasiyalar, süni intellekt əsaslı fərdi öyrənmə modelləri, tədris analitikası və monitorinq modulları üzrə yeniliklər üzərində işləmək istəyən startap və texnologiya komandaları üçün əməkdaşlıq mühitinin qurulması nəzərdə tutulur.

            Qeyd etmək lazımdır ki, Rəqəmsal Məktəb platforması cari ildən istifadəyə verilmişdir və Bakı şəhərində 324 tədris müəssisəsində test rejimində fəaliyyət göstərir. Hazırda platformada 586 000-dən çox istifadəçi mövcuddur.

            Baku ID innovasiya ekosistemində fəaliyyət göstərən dövlət qurumları, startaplar, texnoloji şirkətlər, akademik və tətbiqi təhsil müəssisələri üçün məhsuldar əməkdaşlıq imkanları təqdim edən mühüm bir platforma rolunu oynamışdır. “Baku ID Festivalı” bu baxımdan, təhsil və texnologiyanın kəsişməsində mövcud olan imkanların nümayişi, yeni ideyaların təşviqi və müxtəlif qurumlar arasında tərəfdaşlıqların təşkili üçün mühüm əhəmiyyət kəsb edir.

Baku ID festivalında "Rəqəmsal Məktəb" platforması təqdim edildi
Baku ID festivalında "Rəqəmsal Məktəb" platforması təqdim edildi
Baku ID festivalında "Rəqəmsal Məktəb" platforması təqdim edildi