Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Microsoft İnnovasiya Mərkəzində olub

29.05.2025

Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Microsoft İnnovasiya Mərkəzində olub

29.05.2025

28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən Microsoft İnnovasiya Mərkəzində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə Microsoft-un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib.

Nümayəndə heyətinə Elm və Təhsil nazirinin müavini Həsən Həsənli rəhbərlik edib. Görüşlər zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, məlumatların idarə olunması və təhsilə uyğunlaşdırılmış böyük dil modellərinin (LLM for Education) inkişafı mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Microsoft-un təhsildə transformasiya sahəsindəki yanaşması təqdim edilib, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər müzakirə olunub. Həmçinin, süni intellektin idarəetmə və tədris proseslərində praktiki istifadəsinə dair real nümunələr göstərilib. Görüşlərdə təhsilə yönəlik böyük dil modellərinin (LLM) yaradılması üzrə texniki planlama sessiyaları təşkil olunub, etik və məsuliyyətli süni intellekt istifadəsinə dair Microsoft-un yanaşması təqdim olunub.

Görüşlər nəticəsində təhsilin rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellektin inteqrasiyası və proseslərin inkişafı baxımından yanaşmalar əlaqələndirilib.