"Microsoft" șirkəti ilə strateji tərəfdașlıq genișlənir
18 may tarixində elm və təhsil nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktoru Conatan Vudvord ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycanda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi, ümumtəhsil və ali təhsil müəssisələrində “Microsoft” həllərinin tətbiqi, həmçinin “Rəqəmsal Məktəb” təşəbbüsü çərçivəsində süni intellekt üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, cari ildə “Rəqəmsal Məktəb” platformasında 40 min müəllim üçün “Microsoft Copilot” süni intellekt həlli istifadəyə verilib, eyni zamanda ümumtəhsil və ali təhsil müəssisələri üçün Microsoft məhsullarına çıxış imkanları genişləndirilib.
Görüş çərçivəsində süni intellektin təhsildə tətbiqi, müəllimlərin bu sahədə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də elm və tədqiqat istiqamətində bulud texnologiyalarının istifadəsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.